İki komponentli epoksi qətran əsaslı, sinkfosfatla zənginləşdirilmiş, yüksək qatı maddəli, uzun müdət korroziya əleyhinə müdafiə yaradan boyadır.
Nəzəri sərf norması: 6.7m²/litr (qalınlıq 125 mikron quru film).
Yeni tikilmiş iri və kiçik qabaritli metalkonstruksiyalarda, dəniz obyektlərində, xüsusən, dəniz kənarı konstruksiyalarda, atmosfer təsirlərə məruz qalan və su ilə təmasda olan neft platformalarında, körpülərin və gəmilərin tikintisində, kimyəvi məhsullar istehsal edən zavodlarda, neft-kimya zavodlarında, sənaye tikintilərində, təmir olunan istehsalat sahələrində, köhnə zədələnməmiş boyalar üzərindən son qat boya kimi istifadə edilir. Boya mexaniki, abrazivlə və hidroblasting üsulları ilə təmizlənmiş müxtəlif metal səthlərə vurula bilər.