İki komponentli epoksi resin əsaslı, sink tozu ilə zənginləşdirilmiş, yüksək qatı maddəli və az solventli ara qat və son qat boyadır. Səthlə mükəmməl adgeziya yaradır, bir dəfəyə qalın qat vurmaq olur, ekstremal şəraitlərdə istismar edildikdə uzun müddət səthin korroziyadan qorunmasını təmin edir. Ətraf mühitin daim təsir göstərdiyi səthlər üçün nəzərdə tutulur.
Nəzəri sərf norması: 6,45 m²/litr (qalınlıq 125 mikron olduqda).
Yeni tikilmiş iri və kiçik qabaritli metalkonstruksiyalarda, dəniz platformalarında, körpülərin və gəmilərin tikintisində, kranların, transporterlərin, neft-kimya zavodları avadanlıqların, sənaye və təmir olunan istehsalat sahələrində ara qat və son qat boya kimi istifadə edilə bilər. Zavod şəraitində rənglənən konstruksiyaların tikinti-quraşdırma obyektlərinə nəqli zamanı boyanın sürtünmə və kiçik mexaniki təsirlərə qarşı müqaviməti yüksəkdir. Növbəti qatın obyektlərdə rənglənməsinə qədər metal səthini xarici təsirlərdən tam mühafizə edir.