İki komponentli epoksid əsaslı ara qat boya olub, yüksək quru qalınlığa malikdir, tərkibinə az miqdarda uçucu üzvi birləşmələr daxildir. Məhsulun rəngi piqmentlərin seçilməsindən və dəmir oksidlə zənginləşdirilməsindən asılıdır.
Nəzəri sərf norması: 6.5 m²/litr (qalınlıq 125 mikron olduqda).
Yeni tikilmiş iri və kiçik qabaritli metal-konstruksiyalarda, dəniz obyektlərində, kimyəvi məhsullar istehsal edən zavodlarda, neft-kimya zavodlarında, sənaye binalarında, körpülərin və gəmilərin tikintisində, təmir olunan istehsalat sahələrində yüksək qalınlıqda ara qat boya kimi istifadə edilir. Zavod şəraitində rənglənən konstruksiyaların tikinti-quraşdırma obyektlərində boyanın sürtünmə və kiçik mexaniki təsirlərə qarşı müqaviməti yüksəkdir. Tərkibi dəmir oksidlə zənginləşdirildiyi üçün növbəti qatın obyektlərdə rənglənməsinə qədər vaxt müddəti böyükdür.