Kateqoriyalar Bəyəndiklərim Səbət

Çatdırılma

Çatdırılma şərtləri və müddəti:

Bakı şəhəri üzrə:

Bakı şəhəri üzrə çatdırılma sizin üçün münasib ünvana, metro stansiyasına və ya istənilən digər orientir məkana həyata keçirilir. Nəzərə almağınızı xahiş edirik ki, çatdırılma qapıya qədər deyil, binanın, ticarət mərkəzinin və ya digər çatdırılma məkanının əsas girişinə qədər həyata keçirilir. Əgər sifariş 12:00-dək edilibsə, bu zaman çatdırılma gün ərzində Bakı vaxtı ilə 21:00-dək həyata keçirilir; əgər sifariş günün ikinci yarısında edilibsə, bu zaman çatdırılma cari sifarişlərin miqdarından asılı olaraq həmin gün ərzində, və ya növbəti gün həyata keçirilə bilər. İstəyinizə görə, menecerimizlə əlaqə saxlayaraq, çatdırılma tarixini sizin üçün münasib olan istənilən digər vaxta keçirmək olar. Təcili sifarişlər və nümunə sifarişləri yalnız İçərişəhər metro staniyasının yaxınlığına çatdırıla bilər. Bu zaman nəzərə alın ki, sifarişi əvvəlcədən telefon vasitəsilə menecerimizlə razılaşdırmaq lazımdır, menecer təcili sifarişinizi qəbul etdikdən sonra çatdırılma ən azı 1 saat sonra həyata keçirilə bilər.

Xırdalan şəhəri üzrə:

Xırdalan şəhərinə çatdırılma sifariş edildikdən sonrakı gün ərzində əvvəlcədən razılaşdırılmış ünvana həyata keçirilir.

Sumqayıt şəhəri üzrə:

Sumqayıt şəhərinə çatdırılma sifariş edildikdən sonrakı gün ərzində əvvəlcədən razılaşdırılmış vaxtda “Sumqayıt Sərnişin” vağzalına (Bakı-Sumqayıt sürətli qatarının gəlişi stansiyası) həyata keçirilir.

Ölkə üzrə:

Azərbaycanın rayonlarına çatdırılma sifarişin tam dəyərinin əvvəlcədən ödənilməsi şərti ilə (ödəmə şərtləri ilə burada tanış ola bilərsiniz) 3-5 gün ərzində həyata keçirilir.