İki komponentli epoksi qətran əsaslı, sinkromatla zənginləşdirilmiş, antikorroziv, səthə mükəmməl yapışan və tez quruyan astar qat boyadır. Ekstremal şəraitdə istifadə edilən bir çox müxtəlif tərkibli sənaye boyaların altından qoruyucu qat kimi vurulması tövsiyə edilir. Ətraf mühitin daim təsir göstərdiyi səthlər üçün nəzərdə tutulur.
Nəzəri sərf norması: 13 m²/litr (qalınlıq 40 mikron olduqda).
Yeni tikilmiş iri və kiçik qabaritli metalkonstruksiyalarda, dəniz obyektlərində, körpülərin və gəmilərin tikintisində, kimyəvi məhsullar istehsal edən zavodlarda, neft-kimya zavodlarında, sənaye binalarında, sualtı tikintilərdə təmir olunan istehsalat sahələrində astar qat boya kimi istifadə edilir. Zavod şəraitində rənglənən konstruksiyaların tikinti-quraşdırma obyektlərinə daşınması zamanı boyanın sürtünmə və kiçik mexaniki təsirlərə qarşı müqaviməti yüksəkdir. Növbəti qatın obyektlərdə rənglənməsinə qədər metal səthini xarici təsirlərdən tam mühafizə edir.