İki komponentli, saf bisfenol epoksi qətran əsaslı, aluminium piqmenti və sinkfosfatla zənginləşdirilmiş, aşınmaya və korroziyaya yüksək dayanıqlıq göstərən təyinatından asılı olaraq astar, ara və son qat boya kimi istifadə edilir. Kontrollu katodik mühafizə ilə birgə istifadə edilməsi uyğundur.
Nəzəri sərf norması: 4,0 m²/litr (qalınlıq 150 mikron olduqda).
Dəniz obyektlərində, gəmilərin tikintisində və təmirində, yük anbarlarının xam neft tanklarının, isti və soyuq su kəmərlərinin və müxtəlif iri və kiçik metalkonstruksiyaların uzun müddət korroziyadan qorunması üçün astar və ara qat boya kimi təklif olunur. Zavod şəraitində Marepoks 341-lə rənglənən gəmi avadanlıqların tikinti-quraşdırma obyektlərinə nəqli zamanı boyanın sürtünmə və kiçik mexaniki təsirlərə qarşı müqaviməti yüksəkdir. Növbəti qatın obyektlərdə rənglənməsinə qədər metal səthini xarici təsirlərdən tam mühafizə edir.