İki komponentli kömür qətranlı epoksi antikorroziv boyadır. Aşınmaya, aqressiv kimyəvi maddələrə, qrunt və dəniz suyuna, bioloji və kimyəvi korroziyaya dayanıqlılığı yüksəkdir.
Nəzəri sərf norması: 5,12 m²/litr (quru film qalınlığı 125 mikron olduqda).
Su və torpaq altında istismar olunan iri və kiçik qabaritli beton və metalkonstruksiyaların, dəmir boruların qorunması üçün astar və ara qat vurulmadan birbaşa istifadə edilir. Dəniz obyektlərində, körpülərin və gəmilərin tikintisində, kimyəvi məhsullar istehsal edən zavodlarda, neft-kimya zavodlarında, sənaye binalarında, təmir olunan istehsalat sahələrində antikorroziv boya kimi istifadə edilə bilər. Azpol TAREPOKS-0310 gəmilərin gövdələrinə astar qat olaraq tətbiq oluna bilər, üzərindən Azpol MIXEPOKS 1241 və ya Azpol COPPERCOAT Antifouling tətbiq edilə bilər.