Multifunksional fenol-epoksi qətran əsaslı, iki komponentli, bəzi kimyasal maddələrə, suya və neft məhsullarına dayanıqlı yüksək keyfiyyətli antikorroziv boyadır. Tam quruduqdan sonra sağlamlığa ziyan verməyən metal örtüyüdür.
Nəzəri sərf norması: 6 m²/lt quru (qalınlıq 125 mikron olduqda).
Neft sənayesində, müxtəlif istehsalat və məişət obyeklərində xam neftin, sintetik və mineral yağların, içməli suyun, bəzi aromatik və alifatik karbohidrogenlərin saxlanılmasında istifadə edilən polad çənlərin və boruların daxili səthinin korroziyadan qorunması üçün istifadə edilən antikorroziv bir boyadır. İç səthi Azepoks-Line 0410 boyası ilə boyanmış çənlərin içində temperaturu 60ºC-dən yüksək olan maye maddələrin saxlanılması tövsiyə edilmir. Azepoks-Line 0410 həm astar, həm də son qat boya olaraq metal səthin üzərinə birbaşa vurulur.