Solventsiz, iki komponentli epoksi qətran əsaslı, səthə dekorativ xarici görünüş verən, mexaniki aşınmaya və kimyəvi maddələrə maksimum dayanıqlı, yüksək adgeziyaya və möhkəmliyə malik, müxtəlif aradoldurucularla uyğunlaşa bilən ekoloji cəhətdən təmiz və saglamlığa ziyan verməyən boyadır. Qoruyucu son qat, beton üzərində möhkəm səth yaradan, epoksi qətran əsaslı Self leveling üzərinə vurulur.
Nəzəri sərf norması: 150-160 mikron yaş film qalınlıqda A+B komponentin qarışığı: 200-250qr/m².
Qida, əczaçılıq, tekstil, kimya, elektrik və siqara fabrikləri, alış-veriş mərkəzləri, istehsal və təmir sexləri, fermalar, anbarlar, qarajlar, xəstəxanalar, uşaq baxçaları, məktəblər və s. sənaye və məişət obyektləri.