Multifunksional fenol-epoksi qətran əsaslı, yüksək qatı maddəli, üç komponentli, dekorativ görünüşlü, 200ºC temperatura qədər dayanıqlı antikorroziv boyadır. Epoksi qətranın funksional qruplarla zənginləşməsi nəticəsində zəmin örtüyünün adgeziyası, möhkəmliyi, qələvilərə, mineral turşulara, mexaniki aşınmaya, qaynar suya və s. gərginliklərə daha dayanıqlı bir zəmin boyasıdır. Müxtəlif aradoldurucularla uyğunlaşa bilir, ekoloji cəhətdən təmiz və tam quruduqdan sonra sağlamlığa ziyan verməyən zəmin örtüyüdür. Azpol Epoksi Self levelinq HR boyasının beton üzərində möhkəm səth yaratması üçün Azpol Epoksi Emprenye astar üzərindən vurulması tövsiyə edilir.
Nəzəri sərf norması: 1,32 kq/litr (A +B komp).
Qida, əczaçılıq, tekstil, kimyəvi, elektrik və siqara fabrikləri, alış-veriş mərkəzləri, istehsal və təmir sexləri, fermalar, anbarlar, qarajlar, xəstəxanalar, uşaq baxçaları, məktəblər və s. sənaye və məişət obyektləri.