Üç komponentli, nəfəs ala bilən, epoksi əsaslı, 2-3 mm qalınlığında tətbiq edilən, rəngli, dekorativ görünüşlü, ipək mat, ağır hizmət zəmin örtüyüdür. Təmizlənməsi asan, sürtünməyə, mexaniki aşınmaya və kimyəvi maddələrə dayanıqlıdır. Möhkəm, qoxusuz, tozlanmayan, müxtəlif aradoldurucularla uyğunlaşa bilən ekoloji cəhətdən təmiz və sağlamlığa ziyan verməyən bir örtükdür. Purkap SL, beton üzərində öncədən möhkəm səth yaradan PurkapAS poliuretan emprenye astar üzərindən tətbiq edilir.
Nəzəri sərf norması: hər 1 mm qalınlıq üçün: A+B komponentin qarışığı: 1000-1100qr/m², C komponentinin miqdarı: 850-900 qr/m².
Qida, əczaçılıq, tekstil, kimya, elektrik və siqaret fabrikləri, alış-veriş mərkəzləri, istehsal və təmir sexləri, fermalar, anbarlar, qarajlar, xəstəxanalar, uşaq baxçaları, məktəblər, ət, balıq, meyvə suyu konserv zavodlarında, şərab və quru üzüm təsislərində, sənaye mətbəxlərində və s. məişət obyektlərində zəmin boyası kimi istifadə edilə bilər.