Bir komponentli aluminium ilə piqmentləşdirilmiş, həlledici və qeyri-üzvi silikat balğayıcı əsaslı yüksək temperaturlarda istifadə olunan antikorroziv boyadır.
Nəzəri sərf norması: 16,6 m²/lt (quru film qalınlığı 25 mikron olduqda).
Yüksək (540ºC-qədər) temperaturlarda istismar edilən metal səthlərin, məşəl borularının, bacaların, isti buxar və qaz keçirici boruların rənglənməsi üçün tətbiq oluna bilər. Metal səthlərdə maksimum antikorroziv qorumanı təmin etmək üçün, AZPOLTERM-600 AL boyasını sinklə zəngin qeyri-üzvi silikatlı astar - məsələn, AZPOLSİNK-850 üzərindən vurulması tövsiyə edilir. AZPOLTERM-600 AL boyası dəmir və paslanmaz dəmirdən (AİSİ 316,316L, 316S,310S,327,442,446, 330, 316H, 309S v.s.) istehsal edilmiş və yüksək temperaturda istismar edilən səthlərə tətbiq edilə bilər.