Solventsiz epoksid qətran əsaslı, antipirenlərlə və xüsusi qatqılarla zəngin, iki komponentli, yanğının geniş yayılmasının qarşısını ala bilən və metal konstruksiyaların oda dayanıqlığını (örtüyün qalınlığından asılı) 60-120 dəqiqə təmin edən, metalın struktur möhkəmliyni qoruya bilən, mexaniki aşınmaya və nəmliyə dayanıqlı, yüksək adgeziyaya və möhkəmliyə malik, müxtəlif səthlərə vurula bilən, ekoloji cəhətdən təmiz və sağlamlığa ziyan verməyən, uzun ömürlü yanğına dayanıqlı boyadır. Azpol Anti Fire EP 60/120 metalkonstruksiyaların, texnoloji avadanlıqların, boru kəmərlərinin, rezervuarların dəniz və qazma platformalarının, neft çıxarma qurğularının, məişət və municipal obyektlərin yanğından mühafizəsi üçün nəzərdə tutulub. Azpol Anti Fire EP 60/120 Intumescent Paint müxtəlif səthlərə xüsusi işlənib hazırlanmış və sınaqdan keçirilmiş sxemlə vurulur.
Teoretik sərfiyyat: 1 kg /1m² (quru film qalınlığı 1 mm), (praktiki itkilər nəzərə alınmadan).
İnsanların daima cəmləşdiyi, partlayış və yanğın təhlükəsi olan bütün obyektlərdə: neft emalı və neft çıxarma obyektləri qida, əczaçılıq və tekstil fabrikləri, alış-veriş və əyləncə mərkəzləri, aeroport, və avtovağzallar, fermalar, anbarlar, anqarlar, qarajlar, xəstəxanələr, uşaq bağçaları, məktəblər, sənaye, məişət və municipal və s. obyektlər.