Su əsaslı akrilik alkid emulsion resin tərkibli antikorroziv astar boyadır. Astar boyanın tərkibinə keyfiyyətli antikorroziv piqmentlər və korroziya ingibitoru əlavə edilməsi nəticəsində boya antikorroziv xüsusiyyətlərə malikdir, atmosfer təsirlərə dayanıqlıdır. Ekoloji cəhətdən ziyansız, qoxusuz, su keçirməz, kif tutmaz, sürtünməyə, aşınmaya, UB şüalara və nəmin ziyanlı təsirinə dayanıqlıdır.
Nəzəri sərf norması: 120-135 qr/m² (səthdən asılı olaraq).
Akrilik alkid resin əsaslı shop primer metalkonstruksiyalara daimi qoruyucu boya sistemi vurulmazdan əvvəl tətbiq edilən müvəqqəti qoruyucu antikorroziv astar qat boyadır. Akrilik shop primer yeni istesal edilmiş metalkonstruksiyaların, dəmir lövhələrin anbarlarda saxlanılması və daşınması zamanı səthlərinə müvəqqəti qoruyucu antikorroziv boya qatı kimi istifadə edilir. Akrilik shop primer ilə boyanmış metal səthlər qazla qaynaq edilməyə və qazla kəsilməyə məruz qala bilər.