Xlorkauçukla modifikasiya edilmiş alkid qətranı əsaslı və xüsusi qatqılar əlavə edilmiş yüksək performansa və tez qurumaya malik olan soyuq yol cizgi boyasıdır. Səthə mükəmməl yapışır, aşınma müqavimətinə sahibdir, elastikdir, duzlu suya və kimyəvi maddələrə dayanıqlıdır. Zaman keçdikcə rəngini dəyişmir, təzələnməsi lazım olduqda köhnə boyanın üzərindən vurula bilir. İstismar müddəti nəqliyyatın sıxlığından asılı olaraq 6-12 aydır. Azpol Yol Cizgi boyası EN 1436, EN 1871 standartlarına uyğun olaraq təsdiqlənmiş reqlament üzrə istehsal edilir.
Nəzəri sərf norması: 750 qr/m² (quru film qalınlıqı 300 mikron) 20 sm enində cizgi üçün.
Azpol Yol Cizgi boyası, nəqliyyat hərəkətini nizamlayan işarələmə boyası kimi, şəhər içi və şəhər kənarı yollarda, avtoparklarda, qarajlarda, hava limanı yollarında, tennis kortlarında, alış-veriş mərkəzlərində, emalatxana və depolarda, sənaye obyektlərində, piyada keçidlərdə, səkilərdəki bordurlarda istifadə edilir. Azpol Yol Cizgi boyası asfalt, beton, mozaik və s. səthlərdə rahatlıqla istifadə edilə bilir.