Stiren-akrilik solventli kopolimer qətran əsaslı, sink-alüminium piqmentləri ilə zənginləşdirilmiş və xlorparafinlə modifikasiya edilmiş paslanmaya qarşı effektiv qorumanı təmin edən bir komponentli soyuq qalvanizə boyadır. Sinklə isti qalvanizəyə uyğun olaraq qara metalların səthində həm aktiv(katod), həm də passiv( baryer) qoruma yaradır. Azpol Qalvaniz boya 250 ºC temperatura qədər istiliyə dayanaqlıdır. Azpol Qalvaniz boya həm antikorroziv astar, həm də son qat boya kimi istifadə edilə bilər.
Nəzəri sərf norması: 19 m²/litr (qalınlıq 25 mikron olduqda).
Azpol Qalvaniz boyadan sac, profil, konteyner və vaqonların və konteynerlərin, qara və paslanmaz metal konstruksiyaların boyanması və təmir-bərpa işləri üçün istifadə edilə bilər. Qalvaniz boya ziyansızdır, atmosfer təsirlərə qarşı dayanıqlı və antikorroziv xassəlidir.