Pentaftal alkid əsaslı bir komponentli son qat boya olaraq, yüksək parlaqlığa və dekorativ görkəmə malikdir. Səthlərə mükəmməl yapışır,ultra bənönşəyi şüalara dayanıqlıdır, daxili və xarici məkanlarda istifadə edilə bilər. Müxtəlif rənglərdə istehsal edilir.
Nəzəri sərf norması: 10,2 m²/litr (qalınlıq 50 mikron olduqda).
Yeni tikilmiş iri və kiçik qabaritli metal konstruksiyalarda, quru və dəniz obyeklərində, nəqliyyat vasitələrində, kənd təsərrüfatı maşın və mexanizmlərində, neft-kimya zavodlarında, sənaye və məişət binalarında, təmir olunan istehsalat sahələrində,hər cür taxta məmulatlarında son qat boya kimi istifadə edilir. Sintetik luks parlaq boya, düzgün astarlanmış səthlərin üzərinə vurularkən sürtünməyə müqavimətini .dekorativ görkəmini və parlaqlığını uzun müddət qoruya bilir.