Su əsaslı, bir komponentli, yanğın əleyhinə vurulan boyadır. Uçucu üzvi birləşmələri aşağı olan akrilik əsaslı boyadır. Az iyli, yanğın əleyhinə örtükləmək üçün rahat tətbiq olunan və metalkonstruksiyalarda 1.5 saat yanğından qorumanı təmin etmək imkanı vardır. Yanğın əleyhinə testlər ASTM E119/UL 263 standarına uyğun aparılmışdır. Boya səthdə çirklərə və tozlara, paslamaya qarşı davamlı örtük yaradır. Dekorativ görünüş yaratmaq üçün uyğun olan son qat boya vurulması məsləhət görülür.
Nəzəri sərf norması: 3.1 lt/m² (quru qalınlıq 2000 mkm olduqda).
Yeni tikilmiş iri və kiçik qabaritli metalkonstruksiyalarda, körpülərin tikintisində, kimyəvi məhsullar istehsal edən zavodlarda, neft-kimya zavodlarında, sənaye/yaşayış binalarının daxili məkanında, yanğın əleyhinə vurulan boya kimi istifadə edilir.