İki komponentli epoksid əsaslı son qat boyadır. Atmosfer təsirlərinə və kimyəvi reagentlərə dayanıqlıdır. Tətbiq olunan səthə yüksək parlaqlıq və dekorativ görünüş verir. Boyanın rəngi piqmentlərin seçilməsindən asılıdır.
Nəzəri sərf norması: 10,2 m²/litr qalınlıq 50 mikron olduqda (səthdən asılı olaraq).
Yeni tikilmiş iri və kiçik qabaritli metalkonstruksiyalarda, dəniz obyektlərində, körpülərin və gəmilərin tikintisində, kimyəvi məhsullar istehsal edən zavodlarda, neft-kimya zavodlarında, sənaye binalarında, təmir olunan istehsalat sahələrində son qat boya kimi istifadə edilir. Epoksi son qat boya, düzgün astarlanmış səthlərin üzərinə vurularkən sürtünməyə yüksək müqavimət, aqressiv kimyəvi maddələrə: turşu, qələvi, həlledici damcılarına dayanıqlı örtük yaradır.