Kateqoriyalar Bəyəndiklərim Səbət

Çatdırılma ilə bağlı məlumat

Çatdırılma şərtləri və müddəti:

Bakı şəhəri üzrə:

Bakı şəhəri üzrə çatdırılma qapıya qədər deyil, binanın, ticarət mərkəzinin və ya digər çatdırılma məkanının əsas girişinə qədər həyata keçirilir. Çatdırılma gün ərzində Bakı vaxtı ilə 14:00-dan 18:00-dək həyata keçirilir. Əgər sifariş günün ikinci yarısında edilibsə, bu zaman çatdırılma cari sifarişlərin miqdarından asılı olaraq həmin gün ərzində, və ya növbəti gün həyata keçirilə bilər.

Xırdalan şəhəri üzrə:

Xırdalan şəhərinə çatdırılma sifariş edildikdən sonrakı gün ərzində əvvəlcədən razılaşdırılmış ünvana həyata keçirilir.

Sumqayıt şəhəri üzrə:

Sumqayıt şəhərinə çatdırılma sifariş edildikdən sonrakı gün ərzində əvvəlcədən razılaşdırılmış vaxtda “Sumqayıt Sərnişin” vağzalına (Bakı-Sumqayıt sürətli qatarının gəlişi stansiyası) həyata keçirilir.

Ölkə üzrə:

Azərbaycanın rayonlarına çatdırılma sifarişin tam dəyərinin əvvəlcədən ödənilməsi şərti ilə (ödəmə şərtləri ilə burada tanış ola bilərsiniz) 3-5 gün ərzində həyata keçirilir.