İki komponentli sinklə zənginləşdirilmiş epoksi qətran əsaslı yüksək keyfiyyətli antikorroziv astar qat boyadır. İstismar tələblərinə və tərkibinə görə SSPC Paint 20 standartına uyğundur.
                             
                                                                            
                                Nəzəri sərf norması: 8.2 m²/litr (qalınlıq 75 mikron olduqda).
                             
                                                                            
                                Yeni tikilmiş iri və kiçik qabaritli metal-konstruksiyalarda, dəniz obyektlərində, körpülərin və gəmilərin tikintisində, kimyəvi məhsullar istehsal edən zavodlarda, neft-kimya zavodlarında, sənaye binalarında, təmir olunan istehsalat sahələrində astar qat boya kimi istifadə edilir. Zavod şəraitində rənglənən konstruksiyaların tikinti-quraşdırma obyektlərinə nəqlində boyanın sürtünmə və kiçik mexaniki təsirlərə qarşı müqaviməti yüksəkdir. Növbəti qatın obyektlərdə rənglənməsinə qədər metal səthini xarici təsirlərdən tam mühafizə edir.