Bir komponentli, vinil xlorid və vinil asetat kopolimer əsaslı, bir valentli mis oksid biosidi ilə zənginləşdirilmiş, yüksək performanslı, öz-özünə hamarlanıb parlayan, gəmilərin dəniz suyu ilə təmasda olan hissələrində yosun, midiya, və digər xırda dəniz canlıları kimi çirkləndiricilərin səthə yapışmasının qarşısını alan və səthi bioloji korroziyadan qoruyan antifouling boyasıdır. Kontrollu katodik mühafizə ilə birgə istifadə edilməsi uyğundur. Bu boyanı fərqləndirən biosit və kopolimer bağlayıcı sisteminin aralarında bir kimyəvi bağ olmasıdır (mis-ester bağı). Boyanın su ilə təmasından sonra boya səthində olan ester qrupları hidrolizə məruz qalır, bu da biositin suya yavaş və kontrollu bir şəkildə yayılmasını təmin edir. Boya səthi yavaş-yavaş aşındıqca səth öz-özənə hamarlanır, biosit yayıldıqca səthə çirkləndiricilərin yapışmasının qarşısı alınır və nəticə olaraq gəminin sürəti artır, yanacağın sərfi azalır və boyanın istismar müddəti artır. Boyanın tərkibində İMO və MEPC beynəlxalq təşkilatların qadağa qoyduğu (TBT) qalay tərkibli biosidlər yoxdur.
Nəzəri sərf norması: 10-12 m²/litr (qalınlıq 50 mkm olduqda).
Dəniz və axar çay suyu ilə təmas edən, çirkləndirici dəniz mikroorqanizmlərinin yapışmasından və bioloji korroziyadan qorunması tələb olunan hər bir səthdə, dəniz obyektlərində, gəmilərin və qayıqların tikintisində, təmirində, ballast tankların, gəminin gövdəsinin, su üzərindən çəkilən körpülərin qorunması üçün antifoulinq boya kimi təklif olunur. Azpol Coppercoat antifoulinq boyası uyğun astar boya tətbiq edildikdən sonra əksər antifoulinq boyaların üzərindən vurula bilər. İstehsalçının tələblərinə uyğun tətbiq edildikdə, səth 5 mövsüm çirkləndiricilərin yapışmasından qoruna bilər.