Bir komponentli solvent və qeyri-üzvi silikat bağlayıcı əsaslı yüksək temperaturlarda istifadə olunan antikorroziv boyadır.
Nəzəri sərf norması: 6.5 m²/litr (quru qalınlıq 100 mikron olduqda).
Yüksək (400ºC-qədər) temperaturlarda istismar edilən metal səthlərin, məşəl borularının, bacaların, isti buxar və qaz keçirici boruların rənglənməsi üçün tətbiq oluna bilər. Metal səthlərdə maksimum antikorroziv qorumanı təmin etmək üçün, AZPOLTERM 400 boyasını sinklə zəngin qeyri-üzvi silikatlı astar - məsələn, AZPOLSİNK 850 üzərindən vurulması tövsiyə edilir. AZPOLTERM 400 boyası dəmir və paslanmaz dəmirdən (AİSİ 316,316L,316S, 310S,327,442,446, 330, 316H, 309S v.s.) istehsal edilmiş və yüksək temperaturda istismar edilən səthlərə tətbiq edilə bilər.