İki komponentli akril-poliuretan əsaslı, UB şüalara dayanıqlı, uzun müddət təmirsiz istismar edilən dekorativ xarici görünüşlü, yüksək performansa malik parlaq son qat boyadır.
Nəzəri sərf norması: 11.4 m²/litr (qalınlıq 50 mikron olduqda).
Yeni tikilmiş iri və kiçik qabaritli metalkonstruksiyalarda, dəniz obyektlərində, kimyəvi məhsullar istehsal edən zavodlarda, elektrostansiyalarda, neft-kimya zavodlarında, sənaye və məişət obyektlərində, körpülərin və gəmilərin tikintisində, təmir olunan istehsalat sahələrində son qat boya kimi istifadə edilir. 90-120°C temperatura dayanıqlıdır. Alkid, epoksi, fenol-epoksi, poliuretan və s. resin əsalı qrunt və ara qat boyalar üzərindən qoruyucu dekorativ görünüş verən son qat boya kimi istifadə edilir.