Alkid bağlayıcı əsaslı, bir komponentli, səthə parlaq və dekorativ görünüş verən son qat boyadır. Örtücülüyü, uzun müddət rəngini qoruması, su ilə yuyula bilməsi, fiziki və kimyəvi təsirlərə dayanıqlılığı ilə fərqlənir.
SƏRFİYYAT: Tək qat üçün səthdən asılı olaraq 50 mikron qalınlıq üçün 14-18 m²/lt sahə boyanır.
Xüsusi ilə yer döşəmələrində hər cür taxta materiallarının boyanmasında istifadə olunur. Daxili səthlərdə məmulatların və metalların boyanması üçün son qat boya kimi istifadə edilir.