Akrilik kopolimer emulsiya əsaslı xarici məkanlarda istifadə edilən, dekorativ mat görünüşlü son qat boyadır. Yüksək keyfiyyətli, tez quruyan, yüksək yapışma, sərfiyyatda qənaətliyi ilə fərqlənən boyadır. Boyanmış səth çatlamaz, qabarmaz, rəngi uzun müddət solmaz, ovulub tökülməz. Boya səthin nəfəs almasını və nəmin xaricə çıxmasını təmin edir. Ekoloji cəhətdən ziyansız, qoxusuz, kif tutmaz, yaş silinməyə və nəmin ziyanlı təsirinə, ultrabənövşəyi şüalara dayanıqlıdır.
Tətbiq sahəsi: Binaların xarici sahələrində astarlanmış səthin üzərindən tətbiq olunur.