Uretan-alkid əsaslı, antiseptik əlavəli, bir komponentli, dekorativ parlaq lakıdır. Şəffafdır, taxtanın təbii rəngini dəyişmir. Tez quruyur və elastikdir, səthə yaxşı yayılır və möhkəm yapışır. Dolğu ilə astarlanmış səthlərin üzərinə vurularkən sürtünməyə müqavimətini, dekorativ görünüşünü və parlaqlığını uzun müddət qoruya bilir. Atmosfer təsirlərə, günəş işığına, suya, nəmə, maye səthi aktiv maddələrə dayanıqlıdır. Təmizləyici vasitələrə, göbələyə, ziyan verici həşəratlara və qurdlanmaya qarşı dayanıqlıdır.
SƏRFİYYAT: Tək qat üçün səthdən asılı olaraq 12-16 m²/lt sahə boyanır.
Dəniz nəqliyyat vasitələrinin daxili və xarici məkanlarında hər cür taxtadan istehsal edilmiş hissələrinin üzərinə dekorativ və qoruyucu örtük qat olaraq tətbiq edilir.