Stiren-akrilik kopolimer əsaslı tək komponentli daxili və xarici məkanlarda asanlıqla tətbiq edilə bilən, istifadəyə hazır boyadır. Yüksək adgeziya xüsusiyyəti sayəsində səthə incə və iri naxışlı dekorativ görünüş verir. Yüksək örtücülüyü və tətbiq edilən səthin nəfəs alma xüsusiyyəti ilə fəqlənir. Səthə mükəmməl yapışır, isti və soyuq hava şəraitində elastikliyini qoruyur, çatlamır, tökülmür, su keçirməzdir. Yağışa, ultrabənövşəyi şüalara, sürtünməyə dayanıqlıdır.
SƏRFİYYAT: Tək qat üçün səthdən asılı olaraq 0,7-1,2 kg/m² sahə boyanır.
Tətbiq sahəsi: Xarici məkanlarda qoruma və dekorativ görünüş vermək məqsədi ilə istifadə edilir. Hər cür alçı, suvaq, beton, briket, boyalı səthlərə və s. inşaat materialları üzərindən rahatlıqla istifadə edilə bilər.