Alkid bağlayıcı əsaslı, bir komponentli mat görünüşlü son qat boyadır. Örtücülüyü, tez quruması, fırça ilə çəkilə bilməsi, parlaqlığı, uzun müddət rəngini qoruması, fiziki və kimyəvi təsirlərə dayanıqlılığı ilə fərqlənir.
SƏRFİYYAT: Tək qat üçün səthdən asılı olaraq 50 mikron qalınlıq üçün 0.110-0.140 m² /lt sahə boyanır.
Yeni tikimiş iri və kiçik qabaritli metalkonstruksiyalarda, quru və dəniz obyektlərində, nəqliyyat vasitələrində, kənd təsərrüfatı maşın və mexanizmlərində, neft-kimya zavodlarında, sənaye və məişət binalarında, təmir olunan istehsalat sahələrində, hər cür taxta məmulatlarında son qat boya kimi istifadə edilir. Sintetik son qat mat boya, düzgün astarlanmış səthlərin üzərinə vurularkən sürtünməyə müqavimətini, dekorativ görünüşünü uzun müddət qoruya bilir.