Alkid əsaslı, xlorkauçuk və antikorroziv qatqılar əlavə edilmiş yüksək göstəricilərə və tez quruma gücünə malik olan sənaye və məişət boyasıdır. Təklif olunan boya, alkidin miqdarı yüksək olduğundan astar və ara qat boya kimi də istifadə oluna bilər. Səthə mükəmməl yapışır, elastikdir, kimyəvi maddələrə davamiyyətli və vurulduğu metal səthin korroziyadan qorunmasını təmin etmə qabiliyyəti yüksəkdir.
SƏRFİYYAT: 10-12 m²/litrqalınlıq 50 mikron olduqda.
Yüksək nəmlik və korroziyaya məruz qalan iri və kiçik qabaritli metal konstruksiyaların, dəmir boruların, darvazaların boyanmasında, neft-kimya zavodlarında, sənaye binalarında, təmir olunan istehsalat sahələrində antikorroziv boya kimi istifadə edilə bilər.