Bir komponentli, sement əsaslı, öz-özünə yayıla bilən və üzlüyün axırıncı qatının altında qalan əl ilə və ya pompa ilə tətbiq olunabilən, 10mm qədər tətbiq etməyə imkan verən istifadəyə hazır döşəmə materialıdır.
Tərkibindəki xüsusi kimyəvi maddələr sayəsində quruma zamanı heç bir həcm dəyişikliyi baş vermədiyi üçün çat vermir. Öz-özündən yayılma və axıcılıq xüsusiyyətləri mükəmməl səviyyədə təkmilləşdirilmişdir. Tərkibində insan sağlamlığına ziyan vuran kimyəvi qatqılar yoxdur. Yaş vəziyyətdə qarışığın sürüşkənliyi çox yüksək olduğuna görə zəmində öz-özünə axıb tarazlığa gəlir. Yerdən isidilən zəminlər üçün son dərəcə əlverişlidir. Pompa ilə və ya əl ilə tədbiq oluna bilir və tez quruyur.
Fabriklərdə, iş mərkəzlərində, depolarda, dəhlizlərdə, xəstəxanalarda, zəmin təcili təmiri (həftə sonu) lazım olan yerlərdə, prefabrik beton qəliblərinin döşənməsində, 1sm ə qədər zəmin fərqinin olduğu yerlərdə, keramika və ya daş plitələr, PVC, linonim, taxta və s. örtüklərin tətbiqindən öncə zəminlərin düzəldilməsi hamarlanması) məqsədilə 2-10 mm qalınlıq arasında tətbiq edilə bilər.