Stiren-akrilik kopolimer emulsiya əsaslı, yüksək keyfiyyətli, daxili məkanlarda istifadə edilən, dekorativ mat görünüşlü son qat boyasıdır. Yüksək keyfiyyəti, tez quruması, mükəmməl yapışması, sərfiyyatda qənaəti ilə fərqlənən boyadır. Boyanmış səth çatlamaz, qabarmaz, ovulub tökülməz. Boya səthin nəfəs almasını və nəmin xaricə çıxmasını təmin edir. Bu səbəblə səthin üzəri daima quru qalır. Ekoloji cəhətdən ziyansız, qoxusuz, su keçirməz, kif tutmaz, sürtünməyə, yuyulmağa, nəmin ziyanlı təsirinə və ultrabənövşəyi şüalara dayanıqlıdır.
SƏRFİYYAT: Tək qat üçün səthdən asılı olaraq 90-125 qr/m² sahə boyanır.
İri və kiçik qabaritli sənaye və məişət binalarında, təmir olunan istehsalat sahələrində yüksək örtücülüyə və yapışmaya sahib divar boyası kimi istifadə edilə bilər. Daxili məkanlarda hər cür alçı, sıva, beton və s. inşaat materiallarının üzərində rahatlıqla istifadə edilə bilər.