Pentaftal alkid əsaslı bir komponentli son qat boya olaraq, yüksək parlaqlığa və dekorativ görünüşə malikdir. Səthə mükəmməl yapışır, örtmə gücü yüksəkdir, elastikdir, su ilə yuyula bilən, ultra-violet şüalara dayanıqlı boyadır.
SƏRFİYYAT: Tək qat üçün səthdən asılı olaraq 50 mikron qalınlıq üçün 0.140-0.180 m²/lt sahə boyanır.
Xüsusi ilə yer döşəmələrində hər cür taxta məmulatları üzərində son qat boya kimi istifadə edilir. Ayrıca daxili və xarici məkanlarda istifadə edilən taxta əşyalarda rahatlıqla istifadə edilə bilər. Sintetik son qat döşəmə boyası, düzgün astarlanmış səthlərin üzərinə vurularkən sürtünmə müqavimətini, dekorativ görünüşünü və parlaqlığını uzun müddət qoruya bilir.