Akrilik qətran, izosiyanat əsaslı, iki komponentli, yüksək doldurma gücünə malik bir dolğu lakıdır. Şəffaf quruluşuna görə vurulduğu səthdə rəng dəyişimi yaratmır. Akrilik tərkibinə görə saralma müqaviməti yüksəkdir. Çox yaxşı cilalanır və səth üzərində hamar təbəqə yaradır. Yaxşı yayıldığından üzərinə gələcək son qatın düzgün səth yaratmasını təmin edir. Üzərinə sellülozik, poliüretan, akrilik, asit kürlənməli sistemlərin hər biri problemsiz tətbiq edilə bilər.
Tövsiyə edilən istifadə miqdarı (g/m2): 150-200,
Qatlar arası gözləmə vaxtı: 1-2 saat,
Qat sayı: 2-4,
Toz quruma (20°C): 20-30 dəqiqə,
Toxunma quruma (20°C): 30-40 dəqiqə,
Zımpara quruma (20°C): Ən az 6 saat,
Üzərinə qat tətbiq etmə: Son qat tətbiq etmə üçün 12-18 saat gözləmək lazımdır,
Qarışımın ömrü (20 °C): 6 saat.
Hər növ mebellərə və qapılara tətbiq edilən şəffaf dolğu lakıdır.