Sement əsaslı, məhsulun performansını, istifadə müddətini, çatlamaya dözümünü, su keçirməzliyini və rəng qalıcılığını artıran kimyəvi qatqılardan ibarət, bir komponentli, hamar səth yaradan, hovuzlar üçün nəzərdə tutulan, elastik su keçirməz dərz dolğu materialıdır.
Antibakterial olduğu üçün üzərində göbələk və bakteriya və mamır yaranmasına mane olur. Üzlük plitələrin kənarlarında çat verməyən hamar dekorativ bir görünüş yaradır. 20 kg toz qanşığı, 8 litr suyun üzərinə yavaş-yavaş boşaldaraq topalar itənə qədər qarışdırın. Yüksək su təzyiqinə və küləyə, dona və şoklara dözümlüdür. Zəngin rəng seçimi mövcuddur və solmağa davamlıdır, çatlamır, boya daşımır.
Hamam və saunalarda, üzgüçülük hovuzlarında, dekorativ hovuzlarda və su depolarında istifadə oluna bilər.