Modifikasiyalı akrilik kopolimer betonun qarışdırma suyuna qatılaraq istifadə olunan su izolyasiya meterialıdır.
Məhsulun konsistensiyasını nizamlayır. Qurumadan sonra betonun, yapışdırıcının və ya suvağın suya davamlılığını artırır. Toz qarışıqlarının istifadə edilmə müddətini artırıb asanlıqla işləmək və vaxta qənaət etmək imkanı verir. Yapışdırma gücünü artırır. Qatlamanın və aşınmanın qarşısını alır.
Hər növ sement əsaslı bünövrələrdə, sement əsaslı toz qarışıqlarının su ilə həllində, sement əsaslı suvaq qrupundan olan məhsulların həllində (Tətbiqin asanlığı nəzarət altında tutularaq) qarışdırma suyuna 1/6 nisbətində qatılaraq istifadə olunur.