Akrilik dispersiya ilə su keçirməz qatqılardan ibarət olan, sement əsaslı, iki komponentli, hidrostatik təzyiqə dözümlü su izolyasiya materialıdır.
BS 6920 standartına görə içməli su ilə təması təsdiqlənmişdir. İçməli su ilə təması zamanı istifadə edilə bilər. Komponentlərin original qablaşdırmadakı miqdarı ölçü miqdarıdır. Hərhansı bir əlavəyə ehtiyac yoxdur. Müsbət və mənfi yüksək su təzyiqinə dözümlüdür. Büzülmür, çat vermir. Aşındırıcı ve zəhərli deyil. Tam elastikdir. Dona, istiyə və aşındırıcı turşu duzlarına dözümlüdür.
Hovuzlarda, hündür mərtəbəli binaların istinad divarlarında, 100 tona qədər tutumu olan böyük su depolarında, beton, suvaq şap kimi səthlərdə istifadə olunur.