Alkid bağlayıcı əsaslı bir komponentli yüksək parlaqlığa malik son qat boyadır. Örtücülüyü, tez quruması, fırça ilə çəkilə bilməsi, parlaqlığı, uzun müddət rəngini qoruması, fiziki və kimyəvi təsirlərə dayanıqlılığı ilə fərqlənir.
SƏRFİYYAT: Tək qat üçün səthdən asılı olaraq 50 mikron qalınlıq üçün 15-20 m²/lt sahə boyanır.
Yeni tikilmiş iri və kiçik qabaritli metal konstruksiyalarda, quru və dəniz obyeklərində, nəqliyyat vasitələrində, kənd təsərrüfatı maşın və mexanizmlərində, neft-kimya zavodlarında, sənaye və məişət binalarında, təmir olunan istehsalat sahələrində, hər cür taxta məmulatlarında son qat boya kimi istifadə edilir. Sintetik lüks parlaq boya, düzgün astarlanmış səthlərin üzərinə vurularkən sürtünməyə müqavimətini, dekorativ görkəmini və parlaqlığını uzun müddət qoruya bilir.