İki komponentli, modifikasiya edilmiş bisfenol epoksi və novolak fenol epoksi qətranlar əsaslı universal həm antikorroziv, həm də kimyasal maddələrə yüksək dayanıqlıq göstərən astar qat boyadır. Kontrollu katodik mühafizə ilə birgə istifadə edilməsi uyğundur.
Nəzəri sərf norması: 4,5m²/litr (qalınlıq 160 mkm olduqda).
Dəniz obyektlərində, gəmilərin tikintisində və təmirində, ballast tankların, gəminin gövdəsinin, koferdamların, quru otseklərin palubaların, yük anbarlarının, xam neft tanklarının və müxtəlif iri və kiçik metalkonstruksiyaların korroziyadan qorunması üçün universal astar boya kimi təklif olunur. Zavod şəraitində Marepoks 1400-lə rənglənən gəmi avadanlıqların tikinti-quraşdırma obyektlərinə nəqli zamanı boyanın sürtünmə və kiçik mexaniki təsirlərə qarşı müqaviməti yüksəkdir. Növbəti qatın obyektlərdə rənglənməsinə qədər metal səthini xarici təsirlərdən tam mühafizə edir.