İki komponentli, solventsiz, kiçik molekullu epoksi qətran əsaslı, qalın örtük yaradan, yüksək keyfiyyətli, kimyəvi reagentlərə dayanıqlı, ekoloji cəhətdən ziyansız son qat boyadır. Həm universal astar kimi, həm də çənlərin və boruların daxili səthlərinin qorunması üçün son qat boya kimi tətbiq edilə bilər.
Nəzəri sərf norması: 2,5 m²/litr (quru qalınlıq 400 mikron olduqda).
Neft sənayesində, müxtəlif istehsalat və məişət obyeklərində saf neftin, sintetik və mineral yağların, içməli suyun saxlanılmasında istifadə edilən polad çənlərin və boruların daxili səthinin korroziyadan qorunması üçün istifadə edilən, yüksək qalınlıqla vurulan antikorroziv boyadır. Azepoks-Line 3231 ara və son qat boya olaraq metal səthin üzərinə birbaşa vurula bilər. Bundan əlavə Azepoks-Line 3231 solventsiz epoksi boya yeni tikintilərdə, təmir işlərində, nəm şəraitdə istifadə olunan müxtəlif metal konstruksiyaların, ballast tankların korroziyadan və nəmdən qorunması üçün istifadə edilə bilən yüksək keyfiyyətli epoksi boyadır. 400-1000 mikron qalınlıqda tətbiq edilməklə ekoloji təhlükəsiz tökmə döşəmə kimi istifadə etmək olar.