Tərkibində həlledici olmayan, epoksi qətran əsaslı iki komponentli, rəngsiz, şəffaf, mexaniki aşınmaya və kimyəvi maddələrə dayanıqlı, yüksək adgeziyaya və möhkəmliyə malik, müxtəlif aradoldurucularla uyğunlaşa bilən beton və sementlə suvanmış döşəmələrin üzərinə tətbiq edilən, ekoloji cəhətdən təmiz və sağlamlığa ziyan verməyən örtükdür.
Nəzəri sərf norması: iki komponentin qarışığı 250qr/m2, qalınlıq 200-220 mikron olduqda 0,97 kq/litr (A+Bkomp).
Qida, əczaçılıq, tekstil, kimyəvi, elektrik və siqaret fabrikləri, alış-veriş mərkəzləri, istehsal və təmir sexləri, fermalar, anbarlar, qarajlar, xəstəxanalar, uşaq baxçaları, məktəblər və s. sənaye və məişət obyektləri. AZEPOKSTOP 0210 HS vurulmazdan əvvəl, beton səthin üzəri mexaniki olaraq shot blast yaxud freze ilə işlənməli, toz hissəciklərindən tam təmizlənməlidir. Yağla bulaşıq yerlər yuyulmalı və qurudulmalıdır. Səthin nəmliyi 4% -dən çox olmamalı. Beton səthdə zəif yerlər, defektlər, çatlar olmamalıdır. Betonun sıxılma möhkəmliyi -20 MPa-dan, qopma möhkəmliyi isə - 1,5 MPa–dan az olmamalıdır. Səth hamar olmalı, 2 metrlik reykada səthin əyriliyi 4 mm çox olmamalıdır.