İki komponentli,metilmetakrilat reaktiv recinə əsaslı, yüksək performansa və tez qurumaya malik olan soyuq yol cizgi boyasıdır. Səthə mükəmməl yapışır, aşınma müqavimətinə sahibdir, elastikdir, duzlu suya və kimyəvi maddələrə davamiyyətlidir. Gecə görünumə xüssusiyyətinə sahibdir. Zamanla rəngini dəyişmir, təzələnməsi lazım olduqda köhnə boyanın üzərindən vurula bilir. İstismar ömrü nəqliyyatın intensivliyindən asılı olaraq 12-36 aydır. Azpokryl yol cizgi boyası EN 1436, EN 1871 standartlarına uyğun olaraq təsdiqlənmiş reqlament üzrə istehsal edilir. Ekoloji cəhətdən təhlükəsizdir, tərkibində üzvi solventlər yoxdur.
Nəzəri sərf norması: 2,0-4,0 kg/m².
İki komponentli Azpokryl yol cizgi boyası, nəqliyyat axınını düzənləyən işarətləmə boyası kimi, şəhər içi və şəhər kənarı yollarda, avtoparklarda, qarajlarda, hava limanı yollarında, tennis kortlarında, alış-veriş mərkəzlərində, emalatxana və depolarda, sənaye obyektlərində, piyada keçidlərdə, səkilərdəki bordurlarda istifadə edilir. Azpokryl yol cizgi boyası asfalt, beton, mozaik və s. səthlərdə rahatlıqla istifadə edilə bilir.