Stiren-akrilik kopolimer emulsiya əsaslı daxili və xarici məkanlarda istifadə edilən səth düzəltmə məcunudur. Tətbiq edilən səthlərdə örtmə və nəfəs alma xüsusiyyəti ilə fərqlənir. Divarın içindəki rütubətin səthin xaricinə çıxmasını təmin edir. Corella Akrilik Məcun səthə mükəmməl yapışır, üzərinə vurulan boya qabarmaz, səthə asanlıqla yayılar, ovulub tökülməz, ələ çıxmaz. Boya sərfiyyatını azaldır, istismar müddətini artırır. Ekonomik və ziyansızdır.
SƏRFİYYAT: Tək qat üçün səthdən asılı olaraq 0,5-1,5 kg/m² sahə boyanır.
Tətbiq Sahəsi: Binaların daxili və xarici hissələrində məsamə və çatlaqların doldurulmasın və hamar səth əldə edilməsi üçün istifadə edilir.