Stiren-akrilik kopolimer emulsiya əsaslı daxili məkan son qat divar boyasıdır. Yüksək keyfiyyəti, tez quruması, sərfiyyatda yüksək qənaəti ilə fərqlənən boyadır. Boyanmış səth çatlamaz, qabarmaz, ovulub tökülməz. Boya səthin nəfəs almasını və nəmin xaricə çıxmasını təmin edir. Bu səbəblə səthin üzəri daima quru qalır. Ekoloji cəhəttdən ziyansız, qoxusuz, su keçirməz, kif tutmaz, sürtünməyə, yuyulmağa, nəmin ziyanlı təsirinə dayanıqlıdır.
SƏRFİYYAT: Tək qat üçün səthdən asılı olaraq 200-250 qr/m² sahə boyanır.
İri və kiçik qabaritli sənaye və məişət binalarında, təmir olunan istehsalat sahələrində yüksək örtücülüyə və yapışmaya sahib divar boyası kimi istifadə edilə bilər. Daxili məkanlarda hər cür alçı, suvaq, beton və s. inşaat materiallarının üzərində rahatlıqla tətbiq oluna bilər.