Stiren Akrilik kopolimer emulsiya əsaslı, solventsiz, yüksək performansa və tez qurumaya malik su bazlı, ekoloji cəhətdən ziyansız yol cizgi boyasıdır. Səthə mükəmməl yapışır, aşınma müqavimətinə sahibdir, duzlu suya və sel yağışa davamiyyətlidir. Zamanla rəngini dəyişmir, təzələnməsi lazım olduqda köhnə boyanın üzərindən vurula bilir. İstismar ömrü nəqliyyatın intensivliyindən asılı olaraq 6-12 aydır. Azpol Aqua-Line boyası EN 1436, EN 1871 standartlarına uyğun olaraq təsdiqlənmiş reqlament üzrə istehsal edilir.
Nəzəri sərf norması: 750 gr/m² (quru film qalınlıqı 300 mikron) 20 sm enində cizgi üçün
Azpol Aqua-Line boyası, nəqliyyat hərəkətini nizamlayan işarələmə boyası kimi, şəhəriçi və şəhərkənarı yollarda, avtoparklarda, qarajlarda, hava limanı yollarında, tennis kortlarında, alış-veriş mərkəzlərində, emalatxana və depolarda, sənaye obyektlərində, piyada keçidlərdə, səkilərdəki bordurlarda istifadə edilir. Azpol Aqua-Line yol cizgi boyası asfalt, beton, asfaltobeton və s. səthlərdə rahatlıqla istifadə edilə bilir.