Həyat hekayənizi rəngləndirin.
+(99455)253-53-76
*5111
24/7 satış xəttimiz xidmətinizdədir.
Sifariş etdiyiniz bütün məhsulları qapınıza qədər çatdırırıq :)
Boya və Boya məhsulları » Boya Tv » Su əsaslı boyaların özəllikləri nələrdir?

Su əsaslı boyaların özəllikləri nələrdir?

Əlavə edildi: 27 январь 2021
Məqalə Şərhlər 1
Su əsaslı boyaların özəllikləri nələrdir?Su əsaslı boyalar orta qatılığa (viskozitəyə) malik olan emulsiyadır və su ilə durulaşdırılır. Bu boyaların üstünlükləri, tərkibində üzvü həlledicilərin olmamasıdır, ekoloji təmizdir, insan orqanizminə və ətraf mühitə zərərli təsiri olmamasıdır. Su əsaslı boyaların daha bir üstünlükləri odur ki, buxar keçirməyən təbəqəyə sahibdirlər və bu səbəbdən də boyanmış səth rahatlıqla nəfəs alır. Bütün bunlar öz sabitliyini qoruduğu halda həm divarınızda istifadə edilmiş olan boya keyfiyyətini itirmir həm də ekoloji cəhətdən sağlamlığınıza əks təsir göstərmir.
Tərkibinə görə su əsaslı boyalar akrilik, stiren akrilik, lateks və polivinil asetat tərkibli olurlar. Akrilik, stiren akrilik, lateks əsaslı boyalar isə xarici məkan istifadəsi üçün daha çox tövsiyə edilir. Onlar ultrabənövşəyi şüalara və ətraf mühitin təsirlərinə davamlıdırlar. Povinil asetat əsaslı boyalar isə daxili məkan istifadəsi üçün tövsiyə edilir və digərlərindən fərqli olaraq ultrabənövşəyi şüalarına daha az davamlıdır. Lakin üstünlüyü ondadır ki, həmin povinil asetat əsaslı boyalar istifadə edildiyi zaman divarda hamar və ipək səth yaradır.
Su əsaslı boyalar kimyəvi tərkibinə görə aşınmaya, temperatur dəyişiklərinə və ətraf mühitin təsirlərinə davamlıdır. Xarici məkanlar üçün nəzərdə tutulan boyaların tərkibi bağlayıcı- stiren akrilik və dolğu maddəsi olaraq, məhsulun keyfiyyətini, su qovucu xüsusiyyətlərini artırır. Sutut və su əsaslı parlaq boyalar səthi sudan, nəmdən ideal qorumaq xüsusiyyətlərinə malikdirlər. Bu boyalar hətta elastik xüsusiyyətlərinə görə də digər boyalardan seçilir. Saten boyaları da həmçinin su qovucu və və yüksək elastikliyə malikdir. Saten boyalarını həm daxili, həm də xarici məkanlar üçün istifadə etmək mümkündür. Tekstur boyalarının tərkibində iri mərmər, kvars dənələri olduğundan səthə dekorativ görünüş verir və divarda olan əyrilikləri gizlədir.
Ümumiyyətlə  araşdırmalar onu göstərir ki, su əsaslı boyalar uzun ömürlü olurlar və istifadəsi çox rahatdır. Göstərilmiş nisbətdə su ilə rahat durulaşdırılır, fırça, rulo, pulverizator və tapança ilə asanlıqla tətbiq olunur. Su əsaslı boyaların digər boyalardan əsas üstünlüyü yaş vəziyyətdə və quruduqdan sonra zərərli kimyəvi maddələri ətraf mühitə buraxmır. Tətbiq etdiyiniz zaman, mütləq şəkildə məhsulu əldə etdiyiniz mağazadan verilən qaydalara uyğun şəkildə istifadə etməlisiniz.
İstehsal etdiyimiz Corella brendinə aid olan su əsaslı boyalarımız sizin üçün ideal seçimdir. Su əsaslı boyalarımız tələb olunan bütün standartlara cavab verir və kəskin qoxusu yoxdur. Geniş rəng kataloquna, yüksək örtücülük, adgeziya, yapışma xüsusiyyətlərinə malikdirlər və aşınmaya davamlıdırlar.
Кликните на изображение чтобы обновить код, если он неразборчив
madinakeri
madinakeri Администраторы 27 января 2021 02:52
Gözəl gözəlGözəl gözəl
boya.az sifariş üçün zəng edin
boya.az sifariş üçün zəng edin

Səbətdə: 0 ədəd

Məbləğ: 0

Ümumi: 0

Sifarişi rəsmiləşdir Səbəti təmizlə