Necə kömək edə bilərik?

Antifouling boya-Coppercoat TDS

Məhsul haqqında ümumi anlayış:           


Bir komponentli, vinil xlorid və vinil asetat kopolimer  əsaslı, bir valentli mis oksid biosidi ilə  zənginləşdirilmiş,
yüksək performanslı, öz-özünə hamarlanıb parlayan, gəmilərin dəniz suyu ilə təmasda olan hissələrində yosun,
midiya, və digər xırda deniz canlıları kimi çirkləndiricilərin səthə yapışmasının qarşısını alan və səthi  bioloji korroziyadan qoruyan   antifouling    boyasıdır. Kontrollu katodik mühafizə ilə birgə istifadə edilməsi
uyğundur. Bu boyanı fərqləndirən biosit və kopolimer bağlayıcı sisteminin aralarında bir kimyəvi
bağ olmasıdır (mis - ester bağı). Boyanın su ilə  təmasından sonra boya səthində olan ester qrupları
hidrolizə məruz qalır, bu da biositin suya yavaş və kontrollu bir şəkildə yayılmasını təmin edir.
Boya səthi yavas-yavaş aşındıqca səth öz-özənə hamarlanır, biosit yayıldıqca səthə çirkləndiricilərin
yapışmasının qarşısı alınır və nəticə olaraq gəminin surəti artır, yanacağın sərfi azalır və boyanın  istismar
müddəti artır. Boyanın tərkibində  İMO və MEPC beynəlxalq təşkilatların qadağa  qoyduğu (TBT) qalay
tərkibli biosidlər  yoxdur .  

Tətbiq sahəsi:       
 
Dəniz  və axar çay suyu ilə təmas edən, çirkləndirici dəniz mikroorqanizmlərinin yapışmasından və bioloji
korroziyadan qorunması tələbolunan hər bir səthdə, Dəniz obyektlərində, gəmilərin və təknələrin tikintisind,
təmirində, ballast tanklarin, gəminin gövdəsinin, su üzərindən çəkilən körpülərin  qorunması  üçün antifoulinq  
boya kimi təklif olunur. Azpol Coppercoat antifoulinq boysı uyğun astar boya tətbiq edildikdən
sonra əksər antifoulinq  boyaların üzərindən vurula bilər. İstehsalçının tələblərinə uyğun tətbiq edildikdə,  
səth 5 mövsüm çirkləndiricilərin yapışmasından qoruna  bilər. 
 
Əlaqə qurun

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası

sizma tualet su sızır turba sızıntı kombi təmir xidmət usta boru ev Santexnik