Necə kömək edə bilərik?

Azpolzon 0310-B TDS

Məhsul haqqında ümumi anlayış:         

Epoksi qətran əsaslı, iki komponentli, şüşə pullu, antikorroziv piqmentlərlə zəngin,
minimum üzvi həlledici tərkibli, uzun ömürlü, aqressiv və atmosfer təsirlərə dayanıqlı  
astar, ara və son qat boya kimi istifadə edilir.    
 
Tətbiq sahəsi:              
 
Yeni tikilmiş iri və kiçik qabaritli metalkonstruksiyalarda, dəniz obyektlərində,yüksək
rütubətə və güclü aşınmaya məruz qalan duzlu su dalğası vuran metal səthlərdə,gəmi
yanalma meydançalarında,  neft platformalarıda, gəmi və körpülərin  tikintisində,
kimya və neft-emalı zavodlarında, kanalizasiya sistemlərində,beton borularda və beton
səthlərdə, təmir-bərpa istehsalat sahələrində ümumiyyətlə  yüksək kimyəvi və bioloji
antikorroziv dayanıqlıq tələb olan  sahələrdə  istifadə edilə  bilər. Zavod şəraitində
Azpolzon 0310 boyası ilə  rənglənən konstruksiyaların tikinti-quraşdırma obyektlərə
nəqli zamanı boya sürtünmə, aşınma və kiçik mexaniki təsirlərə qarşı müqaviməti yüksəkdir.
Növbəti qatın obyektlərdə rənglənməsinə qədər metal səthini xarici təsirlərdən
tam mühafizə edir.
 
Əlaqə qurun

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası

sizma tualet su sızır turba sızıntı kombi təmir xidmət usta boru ev Santexnik