Necə kömək edə bilərik?

Boyanın keyfiyyətli olub-olmamasını necə bilək?

09 Sentyabr 2016
Boyanın keyfiyyətli olub-olmamasını necə bilək?

İstifadə etdiyimiz hər bir məhsulda axtardığımız özəlliklər vardır. Həmin özəlliklər məhsulları bizim üçün qəbul olunan edir. Məhsuldan gözlədiyimiz özəllikləri məhsulda tapmadıqda ona sadəcə “keyfiyyətsizdir” deyirik. Digər məhsullarda olduğu kimi boyanın da özünə xas keyfiyyət özəllikləri vardır. Bəs həmin özəlliklər hansılardır?

1. Örtücülük. Boyaların tətbiq olunduğu səthdə örtük əmələ gətirməsi və altdakı qüsurları və ya təbəqənin özünü bağlama özəlliyidir. Ümumi olaraq boyanın örtücülük xüsusiyyətinin nə dərəcədə güclü olması 2 qat tətbiq edildikdən sonra bilinir.
2. Asan tətbiq oluna bilməsi. Boyalar fırça, roler və ya tapança ilə tətbiq edildikdə rahat şəkildə uyğulanmalı və tutuqluq verməməlidir.
3. Fiziki təsirlərə dayanıqlı olması. Cızılma, sürtünmə və bu kimi təsirlərə qarşı dayanıqlı olmalıdır.
4. Kimyəvi təsirlərə dayanıqlı olması. Boyadan istənilən özəllik nəinki cizilma və sütrünmə, həmçinin sabun, yağ, turşular, kola və bənzər maddələrə qarşı dayanıqlı olması və tərkibinin təsirə uğramamasıdır.
5. Atmosfer təsirlərinə dayanıqlı olması. Günəşin, küləyin, yağışın və digər atmosferin sərt təsirlərinə qarşı dayanıqlı olması.
6. Dekorativlik. Yuxarıda qeyd olunan özəlliklərlə yanaşı boyanın həm də göz oxşayan olması və uzun müddət bu görünüşü qoruması onun keyfiyyət göstəricilərindən hesab olunur.
Bundan başqa boyaların cinsinə görə də onların keyfiyyət göstəriciləri vardır. Məsələn iç məkan üçün boyalardan istənilən özəlliklər asan yuyulub təmizlənə bilməsi, rənginin solmaması və dekorativlikdirsə, çöl məkan üçün olan boyalarda bunlardan əlavə atmosferin sərt şəraitinə dözümlülük də tələb olunur. Həmçinin çatlamamaq və rənginin solmaması da tələb olunan özəlliklərdəndir. 
Bütün bu deyilən göstəricilərdə çatışmazlıqlar olarsa məsuliyyət istehsalçı tərəfindədir. Amma istifadəçidən, alıcıdan qaynaqlanan problemlər də sonda boyada keyfiyyət uyğunsuzluğuna gətirib çıxara bilir. Düzgün hava şəraitində tətbiq etməmə, boyanı düzgün şəraitdə və temperaturda saxlamama, təlimatda göstərilən qaydalardan kənara çıxma, göstərilən alətlərdən başqa alətlərlə tətbiq etmə, düzgün səth hazırlığı aparmama kimi hallarla daima rastlaşılır. Bunun üçün boya seçərkən məkana və təyinatına uyğun seçim etməli və istehsalçının təlimatı diqqətlə nəzərdən keçirilməlidir. 
NB Group ASC nin istehsal etdiyi boyalarda keyfiyyət pozğunluğuna demək olar ki, rast gəlinmir. Həmin nadir keyfiyyət pozğunluğu da çox vaxt istifadəçinin boyanın təlimatına uyğun olmayan istifadəsi zamanı meydana gəlir.  Çünki boyaların xammal halında olan maddələrindən tutmuş hazır məhsul bazara çıxana qədər tam şəkildə ciddi labarator analizlərdən keçirilir. Qafqazın ən böyük boya istehsalçısı tərəfindən əhaliyə tam keyfiyyətli və uyğun qiymətə boya təqdim olunur. 
 
.
Boyanın keyfiyyətli olub-olmamasını necə bilək?

Boyanın keyfiyyətli olub-olmamasını necə bilək?

İstifadə etdiyimiz hər bir məhsulda axtardığımız özəlliklər vardır. Həmin özəlliklər məhsulları bizim ...

Boyama prosesi necə olmalı?

Boyama prosesi necə olmalı?

Çoxları düşünür ki, boyama, sadəcə boyanı alıb səthə bir qat çəkməkdən ibarətdir.Əslində ...

Əlaqə qurun

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası

sizma tualet su sızır turba sızıntı kombi təmir xidmət usta boru ev Santexnik