Necə kömək edə bilərik?

Boyama prosesi necə olmalı?

13 İyun 2016
Boyama prosesi necə olmalı?
Çoxları düşünür ki, boyama, sadəcə boyanı alıb səthə bir qat çəkməkdən ibarətdir.Əslində isə belə etmək olar, amma bu uzunmüddətli omayacaq. Ona görə biz 3 mərhələli boyama prosesini məsləhət görürük.
 
• Səthin hazırlanması
• Astarın çəkilməsi
• Son qatın çəkilməsi
Səthin hazırlanması, onun vəziyyətindən asılıdır.Əgər boyanacaq səth yaxşı vəziyyətdədirsə, hazırlıq çətin olmayacaq.Amma əgər səthin vəziyyəti ürəkaçan deyilsə, onda boyamadan öncə işləmək lazım gələcək. Astardan istifadə həmişə vacib deyil.Bu da səthin keyfiyyətindən asılıdır.
 
Səthin boyamaya hazırlanması :
Səthin boyama üçün hazırlanması işin əsas hissəsidir. Bu səthin boyanmasından iki dəfə çox vaxt apara bilər. Amma nəticə bu əziyyətə dəyər.
 
Səthin son qat boyamaya düzgün hazırlanması nəticəsində:
• Boya daha möhkəm yapışacaq
• Hamar və qüsursuz olacaq
• Eyni bərabərdə quruyacaq
• Daha uzunmüddətli olacaq
 
Səthi boyamaya hazırlamaq üçün nə etmək lazımdır ?
• Əvvəlcə, köhnə səthi qaşıyıb təmizləmək
• Cilalamaq
• Səthin əyriliklərini zamaska ilə aradan qaldırmaq 
• Çatlaq və qovuşma yerlərini bağlamaq
• Səthi təmizləmək
 
Səthi cilalamaq ona görə lazımdır ki:
• Cilalı səthə boya daha yaxşı yapışır
• Qabığı çox soyulmayan səthi boyamaya hazırlamaq
• Yeni astarlanan səthdən xovları kənar etmək
• Boyamadan əvvəl qeyri-mat boya ilə səthin çatışmazlıqlarını düzəltmək
• Çəkilən zamaska ilə səthi düzləşdirmək
ASTARIN TƏTBİQİ
Astarın çəkilməsi boyama prosesinin ikinci mərhələsidir. Astar –səthin örtülməsinin birinci mərhələsidir. Astar səthi son qatı çəkmək üçün hazırlayır. Astar həmişə vacib deyil. Amma elə hallar var ki, onun tətbiqi zəruridir.
Astarın yerinə yetirdiyi funksiyaları sadaladıqdan sonra onun nə vaxt vacib olduğu aydınlaşacaq. Beləliklə,astar yeni səthləri örtür, bu çox vacib məqamdır. Beton və gipskarton kimi materiallar süngər kimi məsaməli olur və boyadakı qətranı canına çəkir. Astar səthi izolyasiya edir, nəticədə qatran sızmır və üzə çıxmır. Bu forma sərfəlidir, çünki boyanın son qatını bir neçə qat çəkməyə ehtiyac qalmır.
Adgeziyanı yaxşılaşdırır və qələviləşmədən müdafiə edir.Səthin hazırlanması prosesində son qat örtmə astarla müqayisədə daha az kaprizli materiallardır. Onlar tez quruyaraq,bütün boyama prosesinin korlanmasının qarşısını alır.
Əhəngli səthləri “bağlayır”.İstənilən boyanın tərkibində əhəng olur.Ona görə əhəng səthdə bərkiməlidir,çünki əks halda boya soyulub tökülə bilər. Astarlama boyanın səthdə bərkiməsinə kömək edən bağlayıcı materialdır.
Ağac səthi taninli (ağac materialın hasil etdiyi xüsusi maddə) ləkələrdən qoruyur. Astarlama ağac səthdə taninlərin üzə çıxmasının qarşısını alır və son qatı korlamasına imkan vermir . Və nəhayət astarlama metalın korroziyasının qarşısını alır.
 
BOYAMA - SON QAT
Son qat - boyama prosesinin yekun mərhələsidir. Bu divarda görünəcək hissədir.Ona görə son qat üçün hansı materialın seçilməsi boyanan səthdən və hər bir şəxsin tələblərindən asılıdır. Boyaların növləri çoxdur. Bu baxımdan boyanacaq səth barədə fikirləşmək lazımdır, yəni bu daxili məkana, yoxsa xarici məkana aiddir. Sonra hansı əsaslı boya tələb olunur, su əsaslı, yoxsa sintetik. Daha sonra necə bir görünüşə nail olmaq tələb olunur,mat, yarı mat, yoxsa parlaq. Necə bir boya seçilməlidir, yüksəkkeyfiyyətli, superkeyfiyyətli, yoxsa peşəkar səviyyəli. Bütün bu tələbləri əhatə edəcək boyaları AZPOL, Corella və Bermuda, Muflon markasının çeşidlərindən seçmək olar.
 
.
Boyanın keyfiyyətli olub-olmamasını necə bilək?

Boyanın keyfiyyətli olub-olmamasını necə bilək?

İstifadə etdiyimiz hər bir məhsulda axtardığımız özəlliklər vardır. Həmin özəlliklər məhsulları bizim ...

Boyama prosesi necə olmalı?

Boyama prosesi necə olmalı?

Çoxları düşünür ki, boyama, sadəcə boyanı alıb səthə bir qat çəkməkdən ibarətdir.Əslində ...

Əlaqə qurun

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası

sizma tualet su sızır turba sızıntı kombi təmir xidmət usta boru ev Santexnik